ABŞ-ın kommersiya neft ehtiyatları yenidən azalıb - PROQNOZ

ABŞ-ın kommersiya neft ehtiyatları yenidən azalıb - PROQNOZ
# 24 may 2023 09:10 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 6 799 min barel azalaraq, təxminən 460 825 min barel təşkil edib.

"APA-Economics"in Amerika Neft İnstitutunun (API) proqnozlarına istinadən verdiyi məlumata görə, analitiklər də ABŞ-ın kommersiya neft ehtiyatlarının 525 min barel artacağını proqnozlaşdırıb.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR