ABŞ Rusiyada neft hasilatı üzrə proqnozunu artırıb  

ABŞ Rusiyada neft hasilatı üzrə proqnozunu artırıb  
# 08 iyun 2022 17:00 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Rusiya üzrə 2022-2023-cü illər üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu artırıb.

"APA-Economics" EIA-nın aylıq hesabatına istinadən xəbər verir ki, gələn il Rusiyada ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 9,52 mln. barel olacağı ehtimal olunur, bu da ötən proqnoz göstəricisi ilə müqayisədə 0,37 ABŞ dolları çoxdur.

Hesabata əsasən, cari il Rusiyada gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 10,42 mln. barel olacağı gözlənilir. Ötən proqnoza görə, bu göstəricinin 10,04 mln. barel təşkil edəcəyi ehtimal olunurdu.

Qeyd edək ki, ötən il Rusiyada gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 10,78 mln. barel təşkil edib. EİA-nın hesablamalarına görə, 2020-ci ildə Rusiyada ortalama gündəlik neft hasilatı 10,5 mln. barel olub. 2019-cu ildə isə bu göstərici 11,49 mln. barel təşkil edib.

Beləliklə, EİA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, 2022-2023-cü illərdə Rusiya neft hasilatı üzrə koronavirus infeksiyası pandemiyadan əvvəlki səviyyəyə çata bilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR