AÇG və “Şahdəniz”dən indiyədək 597 mln. tonadək neft hasil edilib

AÇG və “Şahdəniz”dən indiyədək 597 mln. tonadək neft hasil edilib
# 08 avqust 2022 15:32 (UTC +04:00)

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 avqust 2022-ci il tarixinədək 596,9 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə “Azəri-Çıraq-Günəşli”dən 558,5 milyon ton neft, “Şahdəniz”dən isə 38,4 milyon ton kondensat çıxarılıb.

“Bundan cari ilin 01 avqust tarixinədək 595 milyon tonu ixraca nəql edilib”, - məlumatda qeyd olunur.

Məlumata görə, sözügedən yataqlar istismara veriləndən bu ilin 01 avqust tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 198 milyard kubmetrə yaxın, “Şahdəniz”dən isə 172,3 milyard kubmetrdən çox qaz hasil edilib.

“Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 119,5 milyard kubmetr həcmi ixraca nəql edilib”, - məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR