Alparslan Bayraktar: "Türkiyədə son 20 ildə qaza olan tələbat 3 dəfə artıb"

Alparslan Bayraktar: "Türkiyədə son 20 ildə qaza olan tələbat 3 dəfə artıb"
# 02 iyun 2022 09:58 (UTC +04:00)

Türkiyədə enerji daşıyıcılarına olan tələbat artır. Son 20 ildə ölkədə qaza olan tələbat isə 3 dəfə artıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Baki Enerji Forumunda çıxış edən Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar bildirib.

Onun sözlərinə görə, son üç ildə Türkiyənin qaza olan tələbatı 50 mlrd. kubmetrdən 60 mlrd. kubmetrədək yüksəlib.

Nazir müavini əlavə edib ki, ölkə enerji daşıyıcılarının 70%-ni idxal edir: "Türkiyənin "mavi yanacaq" idxal etdiyi əsas ölkə Rusiyadır. Axır vaxtlar ABŞ da ölkənin qaz ixracında ilk üçlüyə daxil olub".

Çıxışında nazir müavini Trans-Anadolu qaz boru xəttinin vacibliyini də vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR