AREA: ""Yaşıl enerji" milli prioritemizdir"

AREA: ""Yaşıl enerji" milli prioritemizdir"
# 21 iyun 2022 13:57 (UTC +04:00)

"Yaşıl enerji"nin inkişafı Azərbaycanın milli prioritetidir.

"APA-Economics"in verdiyi xəbərə görə, bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini Təbriz Əmmayev “Azərbaycanda Bərpa Olunan Enerji” mövzusuna həsr olunmuş Alman-Azərbaycan Davamlılıq Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində həm hüquq normativ bazasının təkminləşdirilməsi sahəsində, həm də praktiki işlər aparılır, sazişlər imzalanıb, təməlqoymalar həyata keçirilib.

Alternativ və bərpa olunan enerji sahəsinin inkişafından danışan Təbriz Əmmayev qeyd edib ki, bu sahəcə cari il ərzində ilk hərracın keçirilməsi nəzərdə tutulub.

Təbriz Əmmayev onu da əlavə edib ki, hazırda işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasınln yaradılması istiqamətində də geniş və məqsədyönlü işlər aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR