Avropada qazın qiyməti 1 200 dollardan aşağı enib

Avropada qazın qiyməti 1 200 dollardan aşağı enib
# 05 noyabr 2022 09:50 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 200 ABŞ dollarından aşağı enib.

APA-Economics” xəbər verir ki, 4 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 179,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 7,2% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR