Avropada qazın qiyməti 10%-dən çox bahalaşıb

Avropada qazın qiyməti 10%-dən çox bahalaşıb
# 29 sentyabr 2022 10:10 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti, demək olar ki, 2050 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.

APA-Economics” xəbər verir ki, 28 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 051,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ( 1 847,3 dollar) ilə müqayisədə 11% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR