Avropada qazın qiyməti 2 500 dollardan aşağı düşüb

Avropada qazın qiyməti 2 500 dollardan aşağı düşüb
# 01 sentyabr 2022 11:02 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti martın əvvəlindən ilk dəfə olaraq 2 500 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.

APA-Economics” xəbər verir ki, 31 avqust tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 487,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ( 2 743,5 dollar) ilə müqayisədə 9,3% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR