Avropada təbii qaz bahalaşıb

Avropada təbii qaz bahalaşıb
# 05 may 2022 09:40 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 100 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.

"APA-Economics" xəbər verir ki, 4 may tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) iyun fyuçerslərinin qiyməti 1 161,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 7,6% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR