Avropada təbii qazın qiyməti 2 020 dollardan aşağı enib

Avropada təbii qazın qiyməti 2 020 dollardan aşağı enib
# 09 avqust 2022 10:10 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 020 ABŞ dollarından aşağı enib.

"APA-Economics" xəbər verir ki, 8 avqust tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) sentyabr fyuçerslərinin qiyməti 2 016,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 2,4% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR