Azərbaycan elektrik enerjinin istehsalını 6% artırıb

Azərbaycan elektrik enerjinin istehsalını 6% artırıb
# 17 iyul 2019 10:47 (UTC +04:00)

Azərbaycanda bu ilin birinci yarısında 12 mlrd. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 5,6% çoxdur.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehsal edilən əmtəəlik elektrik enerjinin həcmi yanvar-iyun aylarında 11,55 mlrd. kVt-saat təşkil edib (5,8%-lik artım).

Komitənin məlumatına əsasən, ölkədə istehsal edilə edilən elektrik enerjinin 10,61 mlrd. kVt-saat istilik (7,1%-lik artım), 859 mln kVt-saat su elektrik (12,9%-lik azalma) stansiyaların payına düşüb. İstehsal edilən elektrik enerjinin istehsalı isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR