Azərbaycan elektrik enerjisinin istehsalını 4%-dək artırıb

Azərbaycan elektrik enerjisinin istehsalını 4%-dək artırıb
# 16 noyabr 2022 09:59 (UTC +04:00)

Bu ilin 10 ayında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 3,8% artaraq 23 748,6 mln. kVt/saat olub.

APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov öz “Twitter” hesabında paylaşım edib.

Məlumata görə, hesabat dövründə ölkə 2 101,2 mln. kVt/saat elektrik enerjisi ixrac edib, idxal isə 115,7 mln. kVt/st olub.

“Bu ilin 10 ayında operativ məlumatlara əsasən ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 3,8% artaraq 23 748,6 mln. kVt/saat, ixrac 2 101,2 mln. kVt/saat, idxal isə 115,7 mln. kVt/saat olub”, - paylaşımda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR