Azərbaycan maye qazın ixracını azaldıb

Azərbaycan maye qazın ixracını azaldıb
# 23 sentyabr 2019 11:13 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 41,82 min ton maye qaz ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,8% azdır.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən dövr ərzində respublikadan ixrac edilən maye qazın dəyəri 9,32 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 13% azdır.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycan 81,7 min ton (2017-ci illə müqayisədə 0,9% az) maye qaz ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR