Azərbaycan neftinin orta qiyməti ötən həftə 2%-dək artıb

Azərbaycan neftinin orta qiyməti ötən həftə 2%-dək artıb
# 25 aprel 2022 10:25 (UTC +04:00)

Ötən həftə ərzində (18-22 aprel) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 110,04 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 1,85 dollar və ya 1,71% çoxdur.

"APA-Economics" xəbər verir ki, həftə ərzində ən yüksək göstərici (IV gün) – 110,79 dollar təşkil edib, ən minimal göstərici (V gün) isə 109,67 dollar səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR