Azərbaycan Türkiyəyə qaz ixracını artıracaq

Azərbaycan Türkiyəyə qaz ixracını artıracaq
# 26 yanvar 2022 17:33 (UTC +04:00)

Son günlər İrandan Türkiyəyə qazın idxalı ilə bağlı texniki problemlərin yaşanması fonunda Türkiyə tərəfi müvəqqəti çatışmazlığı aradan qaldırmaq üçün Azərbaycan Qaz Təchizatı Şirkətinə (AGSC) əlavə qaz həcmlərinin idxalı ilə bağlı müraciət edib.

APA-nın xəbərinə görə, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

“Şahdəniz konsorsiumunu təmsil edən AGSC şirkəti qardaş Türkiyənin sorğusuna artıq cavab verib və mövcud imkanları səfərbər edərək, Azərbaycandan Türkiyə Cümhuriyyətinə təbii qazın ixracını yaranmış tələbata uyğun artıracaq. Hesab edirəm ki, bu addım Azərbaycan ilə Türkiyə arasında mövcud olan qarşıtərəfli dostluq və qardaşlıq münasibətlərinin inkişafına daha bir mühüm töhfə olacaq”, - o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR