DSK: Yanvar-mayda Azərbaycan neft ixracını azaldıb

DSK: Yanvar-mayda Azərbaycan neft ixracını azaldıb
# 22 iyul 2019 11:54 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycan 13,04 mln. tona yaxın neft ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,7% azdır.

APA-Economics”in Dövlət Statistika Komitəsinə (DSK) istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədən ixrac edilən neftin dəyəri 6,2 mlrd. ABŞ dolları təşkil edib ki, bu göstərici ötən müvafiq dövrü ilə müqayisədə 7,1% azalıb.

Qeyd edək ki, sözügedən göstəricilər SOCAR-ın və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən dərc edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR