Azərbaycanda elektrik enerjisinin paylanması üzrə gəlirlər kəskin artıb

Azərbaycanda elektrik enerjisinin paylanması üzrə gəlirlər kəskin artıb
# 06 fevral 2023 14:19 (UTC +04:00)

Ötən il Azərbaycanda 66 875,5 min manatlıq elektrik enerjisinin nəqli üzrə xidmətlər göstərilib, bu da illik müqayisədə 6,8% azdır.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2021-ci ildə bu göstərici 62 619,3 min manat təşkil edib.

Məlumata görə, hesabat dövrü ərzində ölkədə 4 803,8 min manat həcmində elektrik enerjisinin paylanması üzrə xidmətlər göstərilib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 60,2% çoxdur. 2021-ci ildə bu göstərici 2 998,1 min manat təşkil edib.

Qeyd edilir ki, ötən il ölkədə 20 568,03 QVt/saat elektrik enerjisi satılıb ki, bu da illik müqayisədə 1,9% artım deməkdir. 2021-ci ildə qeyd olunan göstərici 20 181,8 QVt/saat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR