Azərbaycanda infrastruktur sektorlarına investisiyalar kəskin artıb

Azərbaycanda infrastruktur sektorlarına investisiyalar kəskin artıb
# 12 may 2022 11:00 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların həcmi 77 672,5 min manat təşkil edib, bu da illik müqayisədə (müqayisəli qiymətlərlə) 41,7 çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektoru üzrə kapitala yönəldilmiş investisiyaların həcmi 9 760,3 min manat səviyyəsində olub, bu da 82,6% artım deməkdir.

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 852,7 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib ki, bu da illik müqayisədə 2,2% çoxdur.

Hesabat dövründə ölkə üzrə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 108,6 mln. manat təşkil edib, bu da 10,2% artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR