Azərbaycanda işlənmiş akkumulyatorların təkrar emalı ilə bağlı bazar araşdırmaları aparılır

Azərbaycanda işlənmiş akkumulyatorların təkrar emalı ilə bağlı bazar araşdırmaları aparılır
# 18 noyabr 2019 14:00 (UTC +04:00)

Azərbaycanda işlənmiş akkumulyatorlarının təkrar emalının təşkili ilə bağlı bazar araşdırmaları aparılır.

Bunu "APA-Economics"ə Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib

Onun sözlərinə görə, bu araşdırmalara müvafiq şirkət cəlb olunub ki, onun tərəfindən həmçinin biznes plan hazırlanacaq.

"Bu istiqamətdə aparılan işlərin yaxın zamanda başa çatacağı gözlənilir. Layihə işlənildikdən sonra akkumulyatorların təkrar emalının təşkili ilə bağlı optimal yer seçiləcək. Layihə sənaye zonalarının birində icra olunacaq", - deyə N. Səfərov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR