Azərbaycanda qaz istehlakı 9%-dən çox artıb

Azərbaycanda qaz istehlakı 9%-dən çox artıb
# 19 aprel 2022 15:55 (UTC +04:00)

Bu ilin birinci rübündə ölkə ərazisində təbii qaz istehlakı 4,8 mlrd. kub metr təşkil edib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, yanvar-mart aylarında ötən ilin analoji dövrü ilə müqayisədə qaz istehlakı 9,3% artıb.

“Karbamid və Metanol zavodlarının istehsal həcmlərinin kəskin artımı, həmçinin ölkədə qazlaşdırma səviyyəsinin 96,3%-ə yüksəlməsi qaz istehlakının artımına təsir göstərib”, - məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR