Azərbaycanın metallurgiya sənayesində istehsal 10% artıb - CƏDVƏL

Azərbaycanın metallurgiya sənayesində istehsal 10% artıb - CƏDVƏL
# 14 sentyabr 2022 12:32 (UTC +04:00)

Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2022-ci ilin yanvar-avqust aylarında 1032,4 mln. manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hazır metal məmulatlarının istehsalı sahəsində 35,9%, metallurgiya sənayesi məhsullarının istehsalında isə 9,9% artım müşahidə olunub.

Cari ilin ilk səkkiz ayında polad boruların istehsalı 2,2 dəfə, armaturun istehsalı 67,7%, polad tökmə istehsalı 40% artıb. Hazır metal məmulatlarının istehsalı sahəsi üzrə 25186,1 ton qara metallardan sair konstruksiyalar istehsal edilib.

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində istehsal edilən əsas məhsullar:

Məhsul növlәri

2022-ci ilin yanvar-avqust aylarında istehsal edilib

Əvvəlki ilə nisbətən, %

Metallurgiya sәnayesi mәhsulları

Polad tökmә, min ton

263,7

140,0

Armatur, min ton

309,6

167,7

Polad borular, min ton

76,6

2,2 d.

Emal edilmәmiş alüminium әrintilәri, ilkin şәkildә, min ton

17,4

92,6

Alüminium çubuqlar, millәr vә profillәr, ton

2491,5

160,5

Hazır metal mәmulatlarının istehsalı

Qara metallardan yığma tikinti konstruksiyaları, min manat

18536,5

119,3

Qara metallardan sair konstruksiyalar, ton

25186,1

157,5

Misdәn elektrik izolyasiyası olmayan çoxdamarlı mәftil, tros vә kabellәr, ton

3484,8

103,1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR