Azərbaycanın metallurgiya sənayesində məhsul istehsalı 60%-dək artıb

Azərbaycanın metallurgiya sənayesində məhsul istehsalı 60%-dək artıb
# 20 avqust 2019 10:08 (UTC +04:00)

Azərbaycanın metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-iyul aylarında 411,8 milyon manatlıq məhsul istehsal olunub.

APA-Economics-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hazır metal məmulatlarının istehsalı sahəsində 59,2% artım, metallurgiya sənayesində 17,6% azalma müşahidə olunub.

Dövr ərzində sahə üzrə 14535,3 ton (3,4 dəfə çox) qara metallardan sair konstruksiyalar istehsal edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR