“Azəriqaz"ın baş direktoru Şirvanda vətəndaşları qəbul edib - FOTO

“Azəriqaz"ın baş direktoru Şirvanda vətəndaşları qəbul edib - FOTO
# 13 iyul 2022 14:48 (UTC +04:00)

SOCAR “Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin qəbul qrafikinə uyğun olaraq Şirvan şəhər Gənclər Evində Şirvan, Hacıqabul və Salyan rayon sakinləri ilə görüşüb.

İB-dən “APA-Economics”ə verilən məlumata görə, Salyan Regional qaz istismarı İdarəsinin rəhbərliyinin də iştirak etdiyi qəbulda Ruslan Əliyev 16 sakinin müraciətini dinləyib, şikayətinə baxıb. Qəbul zamanı qaz xəttinin yerinin dəyişdirilməsi, qaz sayğacının quraşdırılması, yaşayış məntəqəsinin, eləcə də fərdi mənzillərin qazlaşdırılması və s. bu kimi müraciətlər olunub. Qəbulda qaldırılan məsələlərin çoxunun icra olunmasına elə yerindəcə göstəriş verən baş direktor digər məsələlərin araşdırılması və lazımi köməkliyin göstərilməsi üçün Birlik əməkdaşlarına tapşırıqlarını verib.

Qeyd edək ki, Birliyin səlahiyyətinə aid olmayan digər məsələlər isə aidiyyatı üzrə orqanlara çatdırılması üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR