Baş direktor: TANAP ilə nəql edilən qazın həcmi 50 mlrd. kubmetrə çatacaq

Baş direktor: TANAP ilə nəql edilən qazın həcmi 50 mlrd. kubmetrə çatacaq
# 31 may 2023 13:19 (UTC +04:00)

Yaxın aylarda Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə nəql edilən qazın həcmi 50 mlrd. kubmetrə çatacaq.

Bunu "APA-Economics"ə açıqlamasında TANAP Konsorsiumunun Baş direktoru Saltuk Düzyol deyib.

Onun sözlərinə görə, istifadəyə veriləndən indiyədək kəmər vasitəsilə 46 mlrd. kubmetrdən artıq qaz nəql olunub.

Saltuk Düzyol onu da qeyd edib ki, TANAP ilə nəql edilən qazın 24,15 mlrd. kubmetri Avropa, qalan 21,93 mlrd. kubmetri isə Türkiyəyə nəql edilib.

Kəmərin genişləndirilməsi məsələsinə toxunan Saltuk Düzyol əlavə edib ki, hazırda bu sahədə işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR