Binaların enerji auditi aparılacaq

Binaların enerji auditi aparılacaq
# 05 may 2022 17:03 (UTC +04:00)

Enerji istehlakına dair məlumatın əldə edilməsi və iqtisadi cəhətdən səmərəli enerji istehlakı imkanlarının müəyyənləşdirilməsi məqsədilə enerji auditi binaların qiymətləndirilməsini də əhatə edəcək.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin keçirilən iclasında müzakirə edilən “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, enerji auditi enerji istehlakına dair məlumatın əldə edilməsi və iqtisadi cəhətdən səmərəli enerji istehlakı imkanlarının müəyyənləşdirilməsi məqsədilə qeyri-yaşayış sahələrinin və təsərrüfatların qiymətləndirilməsidir. Layihəyə əsasən, enerji auditi enerji istehlakına dair məlumatın əldə edilməsi və iqtisadi cəhətdən səmərəli enerji istehlakı imkanlarının müəyyənləşdirilməsi məqsədilə binaların (qurğuların) və təsərrüfatların qiymətləndirilməsi olacaq.

Qanun qəbul ediləcəyi təqdirdə 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR