“Brent” neftinin qiyməti 87 dollardan aşağı düşüb

“Brent” neftinin qiyməti 87 dollardan aşağı düşüb
# 23 sentyabr 2022 17:24 (UTC +04:00)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2022-ci ilin noyabr müqaviləsinin dəyəri bu ilin 25 yanvar tarixindən ilk dəfə olaraq 87 ABŞ dollarından aşağı enib.

Belə ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2022-ci ilin noyabr müqaviləsinin dəyəri 3,87% azalaraq, 1 barelə görə 86,96 dollar təşkil edib.

Bundan başqa, WTI markalı neftin qiyməti bu ilin 11 yanvar tarixindən ilk dəfə olaraq 80 dollardan aşağı enib. Nəticədə Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 4,56% azalaraq, 79,69 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR