DGK: Azərbaycan qazın ixracını 60%-dən çox artırıb

DGK: Azərbaycan qazın ixracını 60%-dən çox artırıb
# 16 sentyabr 2019 16:49 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1 421 244,97 min ABŞ dolları dəyərində 7 415 337,64 min kubmetr təbii qaz ixrac edib.

APA-Economics”in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 62%, həcmi isə 60,1% artıb.

Məlumata əsasən, yanvar-avqust aylarında qazın ixracı Azərbaycanın ümumi ixracında 10,51% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR