Bu il Azərbaycanda əmtəəlik qaz hasilatı 32,7 mlrd. kubmetr təşkil edəcək ki, bunun da 42,8%-i və ya 14 mlrd. kubmetri ölkə tərəfindən istehlak olunacaq.
"Fitch Ratings"dən "APA-Ecocomics"ə verilən məlumata görə, agentlik 2022-ci ildə istehlakın bir qədər də artaraq 14,7 mlrd. kubmetr, 2023-cü ildə isə 15,1 mlrd. kubmetrə çatacaq. Bu, "Fitch" tərəfindən proqnozlaşdırılan ölkə üzrə əmtəəlik qaz hasilatının müvafiq olaraq 43,3% və 44,5%-ni təşkil edir.
Qeyd edək ki, SOCAR-ın məlumatlarına əsasən, 2020-ci ildə Azərbaycanda 12 mlrd. kubmetr, 2019-cu ildə isə 11,5 mlrd. kubmetr təbii qaz istehlak olunub.