"Fitch" neftin bahalaşması üçün fundamental səbəb görmür

"Fitch" neftin bahalaşması üçün fundamental səbəb görmür
# 18 yanvar 2022 14:37 (UTC +04:00)

Hazırda neft kotirovkalarının qiymətinin sabit artımı üçün heç bir fundamental səbəb yoxdur.

"APA-Economics"in məlumatına görə, bunu TASS-a "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin təbii sərvətlər və əmtəə məhsulları qrupunun direktoru Dmitri Marinçenko deyib.

Onun fikrincə, neftin qiymətinin daha da artması tələbata və iqtisadi artıma mənfi təsir göstərə bilər.

Xatırladaq ki, yanvarın 18-də Londonun ICE birjasında "Brent" markalı etalon neftinin fyuçerslərinin qiyməti 2014-cü ilin oktyabrından bəri ilk dəfə bir barel üçün 88 dollar həddini keçib.

"Hesab edirik ki, hazırda kotirovkaların qiymətinin sabit artımı üçün heç bir fundamental səbəb yoxdur, əksər istehsalçılar 60 dollar və daha yüksək qiymətə müsbət sərbəst pul axını yaradırlar. Qiymətlər artmaqda davam edərsə, bu, tələbata təsir edə və iqtisadi artıma mənfi təsir göstərə bilər", - D. Marinçenko qeyd edib.

D. Marinçenkonun sözlərinə görə, hazırda neft bazarı həddindən artıq "qızıb". Ekspert bildirib ki, bu, qismən koronavirusla bağlı yeni ciddi məhdudiyyətlərin tətbiqi ehtimalının aşağı olması ilə bağlıdır: "Eyni zamanda, neftə tələbat tezliklə pandemiyadan əvvəlki səviyyəyə çata bilər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR