Heydər Əliyev adına NEZ işini bərpa etməyə hazırlaşır

Heydər Əliyev adına NEZ işini bərpa etməyə hazırlaşır
  • Clock-gray 11:35
  • calendar-gray 04 Noyabr 2019

SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) aparılan dövrü təmir işləri demək olar ki başa çatdırılıb.

Bunu "APA-Economics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, NEZ bu yaxınlarda öz işini bərpa edəcək.

İşçi komandanın gərgin və fasiləsiz əməyi nəticəsində zavodda 4 əsas qurğu: dizel və reaktiv mühərrik yanacağı istehsal edən ilkin emal qurğusu, əsasən benzin və maye qazlar kimi istehlak məhsullarını istehsal edən katalitik krekinq qurğusu, digər neft məhsulları istehsal edən kokslaşdırma, katalitik riforminq qurğuları əsaslı təmir olunaraq istismara verilir.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date