Nazir: 5 ay ərzində neftdən 1,3 milyard manat əlavə gəlir olub

Nazir: 5 ay ərzində neftdən 1,3 milyard manat əlavə gəlir olub
# 02 iyun 2023 13:33 (UTC +04:00)

“Dövlət Neft Fondunun aktivlərinin artırılması müsbət amildir”.

APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, Neft Fonduna daha çox vəsait toplanır: “Digər tərəfdən, gəlirləri bütün hamısının xərclərə ayrılması düzgün deyil. Konkret makroiqtisadi vəziyyətdən asılı olaraq qərarlar qəbul edilir. 5 ay ərzində neftdən 1,3 milyard manat əlavə gəlir olub”.

Ötən illə müqayisədə qazın dünyada qiyməti 10 dəfə azaldılıb: ‘Ona görə də birinci rübdə olan qazdan yüksək gəlirlər deməyə əsas vermir ki, növbəti rübdə də belə olacaq: “Eynilə də neftin qiyməti ötən il daha yüksək idi. Neft gəlirlərində yüksəklik üçün əsas faktor qazın qiymətinin yüksək olmasıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR