Nazir: "OPEC+" alyansı tərəfindən ötən ilin oktyabrında qəbul edilən qərar özünü tam doğruldub

Nazir: "OPEC+" alyansı tərəfindən ötən ilin oktyabrında qəbul edilən qərar özünü tam doğruldub
# 01 iyun 2023 12:47 (UTC +04:00)

"OPEC+" alyansı tərəfindən ötən ilin oktyabrında qəbul edilən qərar (gündəlik neft hasilatının 2 mln. barel azaldılması barəsində - red.) özünü tam doğruldub.

"APA-Economics" xəbər verir ki, bu barədə jurnalistlərə "OPEC+"un növbəti toplantısında neft hasilatının daha da azaldılması qərarının verilməsinin mümkünlüyü ilə bağlı suala cavab verən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, qeyd olunan razılıqdan sonra bir sıra "OPEC+" ölkələri neft hasilatının əlavə azaldılması qərarına gəldilər.

"İyunun əvvəlində "OPEC+" toplantısında qeyd olunanların nəticələrini görmək imkanımız olacaq. Hazırda hansı qərarın veriləcəyi barədə söyləmək çətindir", - nazir qeyd edib.

Pərviz Şahbazov əlavə edib ki, qərar müzakirələr və vəziyyətin təhlili əsasında qəbul ediləcək.

Qeyd edək ki, OPEC+ üzvlərinin növbəti görüşü 4 iyun 2023-cü ildə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR