Neftin qiyməti bu ilin dördüncü rübündə 100 dollara yüksələcək

Neftin qiyməti bu ilin dördüncü rübündə 100 dollara yüksələcək
# 06 mart 2023 10:36 (UTC +04:00)

2023-cü ilin dördüncü rübündə neftin qiyməti bir barel üçün 100 dollara yüksələcək.

APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə aparıcı qlobal investisiya bankçılığı, qiymətli kağızlar və investisiyaların idarə edilməsi şirkəti olan “Goldman Sachs Group, Inc”in əmtəə məhsullarının araşdırılması şöbəsinin rəhbəri Ceff Karri deyib.

Onun fikrincə, neft dünyadakı ehtiyatlarının azalması və pul kütləsinin sabitləşməsi hesabına bahalaşacaq.

Bundan əlavə, Ceff Karri qeyd edib ki, qiymət artımına Çinin sərt COVID-a qarşı məhdudiyyətləri siyasətinin ləğvi təsir göstərməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR