Avqustda gündəlik Xam Neft hasilatının “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrində 648 min barrel, o cümlədən Azərbaycanda 11 min barrel artırılması ilə iki ildən çox müddəti əhatə edən tarixi Razılaşma üzrə böyük həcmli öhdəliklər yekunlaşır.
"APA-Economics" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün "Twitter" hesabında qeyd edib.
““OPEC+” Balanslı Yanaşma, çevik tənzimləmə və yüksək həmrəylik sayəsində qlobal neft bazarının sabitləşdirilməsi ilə bağlı tarixi missiyasının öhdəsindən uğurla gəldi”, - paylaşımda qeyd olunur.
Qeyd edək ki, Azərbaycan "OPEC+" razılaşmasının iştirakçısıdır.
***
16: 45
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin bu gün keçirilən iclasında, qlobal neft bazarında sabitliyə və balansa dəstək məqsədilə gündəlik neft hasilatının avqust ayında 648 min barel artırılmasına dair qərar qəbul edilib.
“APA-Economics”in “TASS”a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bildirib.
Onun xözlərinə görə, növbəti iclas avqustun əvvəli keçiriləcək.