Ötən ay qeyri-neft sektoru üzrə ən çox məhsul ixrac edən özəl şirkətlər - SİYAHI

Ötən ay qeyri-neft sektoru üzrə ən çox məhsul ixrac edən özəl şirkətlər - SİYAHI
# 28 fevral 2023 17:16 (UTC +04:00)

2023-cü ilin yanvar ayı ərzində ən çox qeyri-neft məhsulları ixrac edən özəl şirkət “MKT İstehsalat Kommersiya” MMC olub.

APA-Economics”ə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, cari ilin yanvar ayında “MKT İstehsalat Kommersiya” MMC 10.6 milyon dollar dəyərində qeyri-neft məhsulu ixrac edib.

Qeyd edək ki, bu ilin yanvar ayında qeyri-neft sektoru üzrə ən çox məhsul ixrac edən özəl şirkətlər siyahısında növbəti yerləri 6.8 milyon dollar ixracla “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, 5 milyon dollar ixracla “P-Aqro” MMC, 4.8 milyon dollar ixracla “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, 3.7 milyon dollar ixracla Şirinov Elvin Valeh oğlu, 3.6 milyon dollar ixracla “Almeyvə” MMC, 3.6 milyon dollar ixracla “Rose Servis” MMC, 2.9 milyon dollar ixracla “Best Logistik” MMC, 2.8 milyon dollar ixracla “Baku Steel Company” QSC, 2.5 milyon dollar ixracla “Mors Trading” MMC tutur.

Şükran Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR