“Qazprom” rəhbəri Ərdoğanla Türkiyədə qaz qovşağının yaradılmasını müzakirə edib

“Qazprom” rəhbəri Ərdoğanla Türkiyədə qaz qovşağının yaradılmasını müzakirə edib
# 09 dekabr 2022 19:31 (UTC +04:00)

“Qazprom” rəhbəri Aleksey Miller Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təbii qaz sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.

APA xəbər verir ki, “Qazprom”un Telegram kanalında məlumat verilib.

Bildirilib ki, danışıqlarda Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez də iştirak edib.

“Görüşdə Rusiya qazının türkiyəli istehlakçılara tədarükünə dair məsələlər, eyni zamanda, Türkiyədə qaz qovşağının yaradılması perspektivi müzakirə edilib”, - qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR