Rusiya neft hasilatının azalması ilə üzləşə bilər

Rusiya neft hasilatının azalması ilə üzləşə bilər
# 13 sentyabr 2019 16:26 (UTC +04:00)

Rusiya Federasiyasında 2021-ci ildən sonra neft hasilatının azalması prosesi başlaya bilər.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Energetika nazirinin müavini Pavel Sorokin bildirib.

"Biz 2021-ci ildən sonra istehsalın azalmağa başlaya biləcəyini görürük. Arktika potensialı istisna olmaqla demək olar ki, yeni böyük yataqlar yoxdur, onların hamısı bölüşdürülüb. Yataqlar ya istehsalın ilkin, ya da istehsalın başlanılması mərhələsindədirlər”, - deyə P. Sorokin qeyd edib.

Onun sözlərinə görə, çoxdan işlənməkdə olan yataqlar hesabına hasilatın azalmasının qarşısını almaq yeni texnologiyalardan istifadə etmədən və əlavə təşviq addımları olmadan çətin olacaq.

Qeyd edək ki, bu ilin yanvar avqust aylarında Rusiya 372,8 mln. ton neft və qaz kondensatı hasil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8% çoxdur. 2018-ci ildə ölkə 555,84 mln. ton neft və kondensat hasil edib (artım 1,6%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR