Rusiya, Qazaxıstan və Özbəkistan qaz ittifaqının yaradılması imkanını müzakirə edir

Rusiya, Qazaxıstan və Özbəkistan qaz ittifaqının yaradılması imkanını müzakirə edir
# 29 noyabr 2022 12:37 (UTC +04:00)

Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak Rusiya, Qazaxıstan və Özbəkistanın qaz ittifaqı yaratmaq imkanının müzakirəsini təsdiqləyib. Bu, nəqletmə, ixrac, qaz emalı və digər əməkdaşlıq formalarında əməkdaşlığı nəzərdə tutur.

APA-Economics”in Rsuiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak bildirib.

“Bəli, Rusiya, Qazaxıstan və Özbəkistan SSRİ dövründən vahid qaz nəqli sisteminə malik olduqları üçün belə əməkdaşlıq sahələri nəzərdən keçirilir. Əslində bizim qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün böyük imkanlarımız var, o cümlədən qazın tədarükü, emalı, digər ixrac istiqamətlərinə tədarükü üzrə", - Aleksandr Novak qeyd edib.

Baş nazirin müavini izah edib ki, Çin belə bir istiqamətlərdən birinə çevrilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR