Rusiya Türkiyə ilə qaz qovşağı layihəsinin praktiki icrasına başlayıb

Rusiya Türkiyə ilə qaz qovşağı layihəsinin praktiki icrasına başlayıb
# 28 dekabr 2022 17:33 (UTC +04:00)

Rusiya və Türkiyə artıq Türkiyədə qaz qovşağı layihəsinin praktiki icrasına başlayıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu “Qazprom”un rəhbəri Aleksey Miller bildirib.

Onun sözlərinə görə, “Qazprom” maliyyə cəhətdən tamamilə dayanıqlıdır və bütün borc öhdəliklərini yerinə yetirir.

Miller şirkətin bu il müxtəlif səviyyələrdə büdcəyə 5 trilyon rubldan çox vergi ödəyəcəyini söyləyib.

O qeyd edib ki, Rusiyanın dəniz qaz kəmərləri “Türk axını” və “Mavi axın” hazırda əminliklə işləyir.

"Hazırda biz Türkiyə ilə bu ölkədə qaz qovşağı layihəsi üzərində işləməyə başlamışıq. Bu qərar iki dövlətin liderləri səviyyəsində qəbul edilib və biz artıq onun praktiki həyata keçirilməsinə başlamışıq", - deyə "Qazprom" rəhbəri deyib.

Miller vurğulayıb ki, qaz qovşağı təbii qaz bazarında şəffaf və ədalətli qiymətləri təmin edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR