Səudiyyə Ərəbistanı neft hasilatını artırmağı planlaşdırır

Səudiyyə Ərəbistanı neft hasilatını artırmağı planlaşdırır
# 16 may 2022 17:32 (UTC +04:00)

Səudiyyə Ərəbistanı krallığı 2027-ci ilin əvvəli üçün gündəlik neft hasilatını 13,4 mln. barelədək artırmaq üçün səy göstərir.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə energetika naziri Əbdüləziz bin Salman Əl Səud bazar ertəsi Bəhreyndə keçirilən enerji konfransı zamanı deyib.

Eyni zamanda, onun fikrincə, krallıq hasilatı bu səviyyəyə çatdıqdan sonra, bazarın belə həcmdə neftə ehtiyacı olarsa, saxlaya bilər.

Nazirin sözlərinə görə, ölkə daxilində qaz və bərpa olunan enerji mənbələrinə keçid neft ixracını da artırmağa imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR