SOCAR: Azərbaycanda tikiləcək ikinci karbamid zavodunun dəyəri 650 mln. avro təşkil edə bilər

SOCAR: Azərbaycanda tikiləcək ikinci karbamid zavodunun dəyəri 650 mln. avro təşkil edə bilər
# 13 iyun 2019 17:33 (UTC +04:00)

Azərbaycanda tikiləcək ikinci karbamid zavodunun dəyəri 640-650 mln. avro təşkil edə bilər.

"APA-Economics"in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında "SOCAR Carbamide" zavodunun rəhbəri Xəyal Cəfərov bildirib.

"Biz ikinci zavodun tikintisini 20-25% daha ucuz başa gələcəyini gözləyirik. Onun dəyəri təxminən 640-650 mln. avro ola bilər", - deyə X. Cəfərov qeyd edib.

O həmçinin bildirib ki, sözügedən qənaət layihənin vergilərdən azad edilməsi və hazır infrastrukturunun istifadəsi sayəsində təmin olunacaq.

“Yeni zavod texniki göstəricilərinə görə hazırda Sumqayıtda istifadədə olan karbamid zavoduna bənzər olacaq və onun yanında tikiləcək. Yeni zavodun tikintisi karbamidə olan tələbatı və birinci müəssisənin genişləndirilməsi imkanlarının olmaması ilə əlaqədardır. Zavodun tam dəyəri mühəndislik araşdırmalar aparıldıqdan sonra dəqiqləşəcək”, - deyə X. Cəfərov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR