SOCAR və BOTAŞ TANAP üzrə birgə əməliyyat şirkəti yaradırlar

SOCAR və BOTAŞ TANAP üzrə birgə əməliyyat şirkəti yaradırlar
# 18 iyun 2019 10:06 (UTC +04:00)

SOCAR və Türkiyənin BOTAŞ şirkəti Trans-Anadolu qaz kəmərinin (TANAP) idarə edilməsi məqsədi ilə birgə əməliyyat şirkətini yaratmaq qərarına qəliblər.

APA-Economics”ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, tərəflər bu qərara (50/50 şərti ilə) bir neçə ay bundan əvvəl gəliblər. Şirkətin yaradılmasında Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərinin idarə edilməsi üçün təsis olunan əməliyyat şirkətinin modelindən istifadə olunacaq.

Qeyd edək ki, 2001-ci ildə BTC-nin Türkiyə hissəsinin idarə edilməsi üçün “BOTAŞ International” (BIL) şirkəti yaradılıb.

Məlumata əsasən, BP şirkəti yaradılacaq əməliyyat şirkətində iştirak etməkdə maraqlıdır və bununla bağlı bir neçə görüş də keçirilib. Şirkət, əməliyyat şirkətində tərəfdaş olmaq arzusunu və niyyətini artıq rəsmən bildirib.

Xatırladaq ki, 1 850 km uzunluğa malik olacaq TANAP-ın illik gücünün 16 mlrd. kubmetr təbii qaz nəql edəcək. Bunun 6 mlrd. kubmetri Türkiyəyə, 10 mlrd. kubmetri isə Avropaya veriləcək. TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan “Cənub Qaz Dəhlizi” QSC (51%), BOTAŞ (30%), BP (12%) və “SOCAR Türkiye Enerji A.Ş” (7%) şirkətləridir.

İstifadədə olan bir il ərzində bu kəmərlə 1,8 mlrd. kubmetr qaz nəql edilib. Cari ilin sonunadək kəmərlə Türkiyəyə 3 mlrd. kubmetr qaz nəql etmək planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR