TAP konsorsiumu "market-test" çərçivəsində sənəd qəbulu elan edib

TAP konsorsiumu "market-test" çərçivəsində sənəd qəbulu elan edib
# 25 iyul 2019 12:20 (UTC +04:00)

Trans-Adriatik Boru Kəməri (TAP) konsorsiumu təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verəcək “market-test”in (bazar sınaqları) birinci mərhələsində iştirak etmək üçün sənəd qəbulu elan edib.

TAP konsorsiumundan “APA-Economics”ə verilən məlumata görə, təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verəcək “market-test”ə bu ilin iyul ayının 1-də start verilib. Gələcəkdə bu proses tədarükçülərə kəmərin artırıla biləcək nəqletmə imkanlarından istifadə etməyə və kəmərin genişləndirilməsinə şərait yaradacaq.

İddiaçılar onların maraqlarını ifadə edən lazımi sənədləri 26 avqust, Mərkəzi Avropa vaxtı ilə 17:00-dək olmadan təqdim eləməlidirlər.

Qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan TAP kəmərinin inşasına başlanılandan indiyədək işlərin 88,5%-i yekunlaşıb.

Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Gələcəkdə kəmərin illik nəqletmə gücü 20 mlrd. kubmetrə artırılması planlaşdırılıb.

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR