Mayın sonunda Bakıda «Plastex Caspian» beynəlxalq sərgisi keçiriləcək

Mayın sonunda Bakıda «Plastex Caspian» beynəlxalq sərgisi keçiriləcək
# 11 may 2011 09:48 (UTC +04:00)
Sərginin əsas təşkilatçısı olan «Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, «Plastex Caspian» layihəsi bütün dünyada tanınmış «Plastex» sərgiləri brendinin bir hissəsidir və özündə Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan və digər ölkələrin plastik kütlələr sənayesinin ən böyük sərgilərini birləşdirir.

«Sərgi bu sektoru bütünlükdə əhatə etməklə, plastik kütlələr və kauçuk emalı üçün avadanlıq istehsalçılarından tutmuş xammal və əlavələrin istehsalçılarına qədər polimerlər bazarının ən iri dünya liderləri ilə məhsuldar ünsiyyət qurmaq və qarşılıqlı sərfəli müqavilələr bağlamaq baxımından gözəl imkan yaradacaq. Sərgidə plastik kütlələrin və kauçukun tətbiq edildiyi tikinti işlərindən tutmuş mebel istehsalına kimi, habelə avtomobil detalları və yaxtalardan tutmuş məişət texnikasına qədər bütün sektorlar, o cümlədən hazır məhsul istehsalçıları da təqdim olunacaq», - deyə «Iteca Caspian»dan bildirilib.

Tədbirin ilk dəfə keçirilməsinə baxmayaraq, sərgi xarici şirkətlərin böyük marağına səbəb olub. Belə ki, sərgidə kommersiya şirkətləri ilə yanaşı Avstriya və Almaniyanın milli stendləri də təqdim olunacaq. İştirakçılar siyahısında «Azərkimya» İstehsalat Birliyi, Sumqayıt Texnoloji Parkı, «TP», «Textima» və «Zeppelin» kimi şirkətlərin adları var.

«Plastex Caspian» sərgisi Azərbaycan, Avstriya, Almaniya, Türkiyə və MDB ölkələrindən olan aparıcı istehsalçıları öz meydançasında toplayaraq, kommersiya şirktələrinə yeni satış bazarlarını müəyyən etmək, yeni əməkdaşlıq əlaqələri qurmaq, həmçinin palstmas və dünya rezin-texniki məmulatları sənayesi və onun inkişafının yeni istiqamətlərinin icmalını təqdim etmək üçün ideal imkan yaradacaq və Azərbaycanın kimya sənayesinin dirçəlişinə əlavə təkan verəcək.

Qeyd edək ki, sərgi «Baku Expo» mərkəzində keçiriləcək.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR