Təhsil Nazirliyi Nazirlər Kabineti qarşısında məsələ qaldıracaq

Təhsil Nazirliyi Nazirlər Kabineti qarşısında məsələ qaldıracaq
# 05 yanvar 2013 08:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda müəllimlərin işə qəbulunun daha çevik və qısa vaxtda yerinə yetirilməsini təmin etmək üçün geniş imkanlara malik imtahan binasına ehtiyac var. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bu məqsədlə nazirliyinin tabeliyində Təlim-Tədris-İmtahan Mərkəzinin yaradılması ilə bağlı Nazirlər Kabineti qarşısında məsələ qaldırılması təklif olunub. Eyni zamanda, işə qəbulun proqram təminatının təkmilləşdirilməsi, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq ucqar kənd məktəblərində işə başlayan gənc mütəxəssislər üçün stimullaşdırıcı tədbirlərin tətbiqi ilə əlaqədar nəzərdə tutulan vəsaitin həcminin artırılmasına dair təkliflər verilib.

Qeyd edək ki, 2012-2013-cü dərs ili üzrə ümumtəhsil müəssisələrində və peşə liseylərində 3270 vakant yer yaranıb ki, onlardan da 277 yer Bakı şəhərinin, 2945 yer isə respublikanın digər rayon və şəhərlərinin ümumtəhsil məktəblərinə aid olub. Peşə liseylərində isə ümumtəhsil fənləri üzrə 48 vakant yer olub. Müsabiqənin yekununda işə qəbul olunanların sayı 2263 nəfər olub. Reqlamentə uyğun olaraq imtina olunan, ümumiyyətlə seçilməyən və müsabiqənin gedişi müddətində yaranan vakant yerlərə işə qəbul üçün əlavə yerləşdirmə aparılıb, nəticədə daha 534 nəfər işə qəbul edilib. Beləliklə, müsabiqənin yekununa görə ümumilikdə işə qəbul edilənlərin sayı 2797 nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR