Əmək pensiyasının minimum məbləği 240 manata qaldırılır - VİDEO

Əmək pensiyasının minimum məbləği 240 manata qaldırılır - VİDEO
# 24 dekabr 2021 13:44 (UTC +04:00)

Əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunacaq.

APA-nın məlumatıma görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, əmək pensiyasının minimum məbləği gələn ildən 20 faiz artırılacaq.

Hazırda əmək pensiyasının minimum məbləği 200 manatdır.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR