“GEN” MMC tərəfindən aldadılan bir qrup şəxs mətbuat konfransı keçirib

“GEN” MMC tərəfindən aldadılan bir qrup şəxs mətbuat konfransı keçirib
# 20 iyun 2008 13:51 (UTC +04:00)
Bakı. Samir Kazımlı-APA. Bu gün “GEN” MMC-nin həbsdə olan rəhbəri Elbrus Əliyev tərəfindən aldadıldığını iddia edən bir qrup şəxs mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, şikayətçilər ev almaq üçün şirkətlə müqavilə bağladıqlarını və külli miqdarda pul ödədiklərini bildiriblər. Zərərçəkənlərin sözlərinə görə, şirkətin prezidenti onları aldadıb və evlə təmin etməyib. Şirkət ümumilikdə 550 nəfərdən 12 milyon manat pul alıb. Konfransda iştirak çıxış edən “Demokratiyanın Müdafiəsinə Kömək ” İctimai Birliyinin sədri Vidadi İsgəndərov isə bu məsələdə vətəndaşlara hüquqi yardım göstərəcəyini deyib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən E. Əliyevin barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR