Ramil Usubov: “Son beş ildə Azərbaycan polisi daha operativ fəaliyyət göstərməyə başlayıb”

Ramil Usubov: “Son beş ildə Azərbaycan polisi daha operativ fəaliyyət göstərməyə başlayıb”
# 01 iyul 2008 08:21 (UTC +04:00)
Nazir deyib ki, ölkədə cinayətkarlığa qarşı mübarizə, ictimai sabitliyin qorunması dönməz prosesdir: “Kriminogen durum daim nəzarətdə saxlanılır. Ötən il cinayətkarlığa qarşı mübarizədə daxili işlər orqanları üçün uğurlu il olub, nəticələr yaxşıdır. Azərbaycan indiyə qədər MDB məkanında öz öncül yerini bu sahədə də qoruyub saxlayıb. Ölkə prezidenti cənab İlham Əliyev polisin fəaliyyətinə daim nəzarət edir, tələbkarlıq və eyni zamanda daimi qayğı, diqqət göstərir”. R. Usubov deyib ki, son beş ildə Azərbaycan polisi daha da müasirləşib, daha operativ fəaliyyət göstərməyə başlayıb: “Bu da ondan irəli gəlir ki, daxili işlər orqanları ən müasir texniki vasitələrlə təmin olunub. Polisin sosial müdafiəsinin gücləndirilməsi üçün prezident tərəfindən bir neçə dəfə məvaciblərinin qaldırılması, iş yerlərində şəraitin yaxşılaşdırılması, həmçinin texniki vasitələrin müasir tələblərə cavab verməsi baxımından mühüm tədbirlər həyata keçirilib. Bu da öz növbəsində cinayətkarlığa qarşı uğurlu mübarizə aparmaqda bizə yaxından köməklik göstərib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR