Naxçıvanda hava hücumundan müdafiə qoşunlarının avtomatlaşdırılmış yeni mərkəzi istifadəyə verilib

Naxçıvanda hava hücumundan müdafiə qoşunlarının avtomatlaşdırılmış yeni mərkəzi istifadəyə verilib
# 01 iyul 2008 10:42 (UTC +04:00)
APA-nın MR Ali Məclisinin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, mərkəz Azərbaycanın hava sərhədlərinin hava gəmiləri tərəfindən pozulmasının qarşısını almaq məqsədilə yaradılıb. Buradakı mövcud texniki vasitələr düşmənin hava hücumu vasitələrinin ölkə ərazisinə qəflətən hücumu zamanı ilk zərbələrin dəf edilməsinə imkan verəcək. Müdafiə qoşunlarının avtomatlaşdırılmış yeni mərkəzində müasir standartlara cavab verən texniki avadanlıqlar quraşdırılıb. Yüksək texniki göstəriciləri ilə seçilən yeni avadanlıqlar MDB məkanında ilk olaraq Azərbaycanda tətbiq edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR