Azərbaycanla İordaniya arasında maliyyə sahəsində əməkdaşlıqla bağlı saziş imzalanması gözlənilir

Bakı. Ülkər Qasımova-APA “Azərbaycan kimi qədim mədəniyyətə malik bir ölkəyə gəlmək, onun mədəniyyətinin bütün istiqamətləri tanış olmaq çox gözəldir. Bakı mənə olduqca xoş təsir bağışladı”. APA-nın xəbərinə görə, bu barədə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilən beynəlxalq konfransında iştirak edən İordaniyanın mədəniyyət naziri Ninsi Bakir bildirib. Nazir qeyd edib ki, Azərbaycanla İordaniya arasında maliyyə sahəsində əməkdaşlıqla bağlı sazişin imzalanması gözlənilir. Bir qədər əvvəl iki Azərbaycanla İordaniya arasında mədəniyyət sahəsində əməkdaşlıqla bağlı saziş imzalandığını xatırladan N. Bakir sazişə əsasən iki ölkə arasında təsviri incəsənət, teatr, muzey işi, kitabxanalarla bağlı proqramların həyata keçirilməsinin nəzərdə tutulduğunu söyləyib.
Sosial

“Məşğulluq marafonu” üzrə 2400-dən çox şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

Qəbələdə şəhid ailələri ilə görüş keçirilib - FOTO

Xaricdə təhsil üçün müsahibəyə start verilir
